Operativ Məlumat Mərkəzi

Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ - 24.10.2024

2 dəq
Paylaş:
Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ - 24.10.2024

Azərbaycanda oktyabrın 25-də bəzi yerlərdə arabir yağış yağacağı, sulu qar yağacağı, şimşək çaxacağı gözlənilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya məlumat yayıb.

Bildirilib ki, sabah Bakıda və yarımadasında hava şəraitinin dəyişkən buludlu , arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Şimal-qərb gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 8-11° isti, gündüz 15-19° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax