Operativ Məlumat Mərkəzi

Sabah yağış yağacaq, duman olacaq

1 dəq
Paylaş:
Sabah yağış yağacaq, duman olacaq

Bakıda və yarımadasında hava şəraitinin dəyişkən buludlu , arabir tutulacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var.

Arabir güclənən şimal-qərb əsəcək.

Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə isə intensivləşəcəyi ehtimalı var, arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 0-4° isti, gündüz 5-9° isti, dağlarda gecə 3-8° , yüksək dağlıq ərazilərdə 9-14° şaxta, gündüz 0-5° şaxta olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax