Operativ Məlumat Mərkəzi

Sabah havanın temperaturu 25 dərəcəyədək artacaq - 04.05.2023

2 dəq
Paylaş:
Sabah havanın temperaturu 25 dərəcəyədək artacaq - 04.05.2023

Bakıda və yarımadasında mayın 5-də hava şəraitinin dəyişkən buludlu , arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.

cənub gündüz -qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-14° isti, gündüz 17-22° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-12° isti, gündüz 20-25° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10°, bəzi yerlərdə 15° isti olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax