Operativ Məlumat Mərkəzi

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ - 20.08.2024

1 dəq
Paylaş:
Sabah bu ərazilərdə QAZ OLMAYACAQ - 20.08.2024

Sabah Bakının bir sıra küçələrində və şəhərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"” İstehsalat Birliyindən məlumat verilib.

Qeyd olunub ki, 21.08.2024-cü il tarixində saat 10:00-dan etibarən rayonu, Elşən küçəsində 1 ədəd siyirtmənin quraşdırılması, saat 09:00-dan isə “Masazır” QPS-in yüksək təzyiqli qəbul magistral qaz xətti üzərində quraşdırılmış 2 (iki) ədəd filtr-separatorların demontaj edilərək “Xaşa-Xuna” QPS-in qəbul qaz xətti üzərində quraşdırılması məqsədi ilə qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir-quraşdırma işləri görülən müddətdə Nizami rayonu üzrə E.Süleymanov, C.Naxçıvanskı, B. Nuruyev küçələrinin və Babək prospektinin, rayonu üzrə isə Xırdalan şəhərinin və AAF Park Yaşayış kompleksinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax