Operativ Məlumat Mərkəzi

Sabah bəzi yerlərdə yağış yağacaq - 04.04.2025

2 dəq
Paylaş:
Sabah bəzi yerlərdə yağış yağacaq - 04.04.2025

Sabah hava necə olacaq?

Aprelin 5-də gözlənilən açıqlanıb.

Bakı və yarımadasının

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu , arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gündüz bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-şərq əsəcək.

Havanın temperaturu gecə 10-13° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65 % olacaq.

Sabah Azərbaycanın rayonlarında hava necə olacaq?

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 9-13° isti, gündüz 20-25° isti, dağlarda gecə 2-7° isti, gündüz 12-17° isti olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax