Operativ Məlumat Mərkəzi

Sabah Bakının 4 rayonunda qaz olmayacaq

2 dəq
Paylaş:
Sabah Bakının 4 rayonunda qaz olmayacaq

Sabah Bakının , Nəsimi, Səbail və Suraxanı rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Nərimanov rayonunun Xəlil Rza Ulutürk küçəsində qaz xəttinin yerinin dəyişdirilməsi, Nəsimi rayonunun prospektində COP-29 proqramına əsasən yeni çəkilmiş qaz xətlərinin mənbəyə qoşulması, Səbail rayonunun Badamdar qəsəbəsi, C.Hasilov küçəsi 10 ünvanında və Suraxanı rayonunda istismara yararsız siyirtmələrin yenisi ilə əvəz olunması məqsədi ilə iyulun 2-də saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır .

Təmir-quraşdırma işləri görülən müddətdə Nərimanov rayonunun (Böyük-Şor küçəsi, LO-38/10 məhəllə, prospekti), Nəsimi rayonunun (Azadlıq prospekti və M.Qaşqay, F.Qasımov, S.Əsgərov, Ş.Əzizbəyov, İ.Qasımov, Kovorçkin, Mirqasımov, Bakıxanov küçələri), Səbail rayonunun (T., S.Məmmədov, N.Paşayev, G.Qarayev, Ə.Nəzərov, R.Əliyev, S.İbrahimxəlil, Gənclər, S. Məmmədov, C.Hasilov küçələri) və Suraxanı rayonunun (Dədə Qorqud və Bahar yaşayış massivləri) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax