Operativ Məlumat Mərkəzi

Sabah Bakıda 42, rayonlarda 44 dərəcə isti olacaq

1 dəq
Paylaş:
Sabah Bakıda 42, rayonlarda 44 dərəcə isti olacaq

Avqustun 11-də açıqlanıb

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verib.

Bakıda və yarımadasında hava şəraitinin yağmursuz gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub-şərq əsəcək.

Havanın temperaturu gecə 24-28° isti, gündüz 35-39°, bəzi yerlərdə 41-42° isti olacaq.

Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-28° isti, gündüz 35-40°, bəzi yerlərdə 42-44° isti, dağlarda gecə 15-20° isti, gündüz 28-33° isti olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax