Operativ Məlumat Mərkəzi

Sabah Bakıda 18, rayonlarda 25 dərəcə isti olacaq

2 dəq
Paylaş:
Sabah Bakıda 18, rayonlarda 25 dərəcə isti olacaq
Mart ayının 30-da ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli...

Mart ayının 30-da ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sabah Bakıda və yarımadasında hava şəraitinin dəyişkən buludlu , arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı, gecəyə doğru ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, çaxacağı ehtimalı var. Gecə və bəzi yerlərdə duman olacaq. Səhər arabir güclənən cənub-qərb axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85%, gündüz 55-65 % olacaq.

Martın 29-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi, axşama doğru yağıntıların intensivləşəcəyi ehtimalı var.Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Bəzi yerlərdə arabir duman olacaq. Havanın temperaturu gecə 4-9° isti, gündüz 20-25° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax