Əsas məzmuna keç

Sabah anomal istilər olacaq - XƏBƏRDARLIQ!

Sabah anomal istilər olacaq - XƏBƏRDARLIQ!

Avqustun 20-də Azərbaycanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, 36 dərəcə isti olacağı gözlənilir. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə...

Avqustun 20-də Azərbaycanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, 36 dərəcə isti olacağı gözlənilir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sabah Bakıda və yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb gündüz şimal-şərq küləyi ilə olunacaq. Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. küləyi küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti, dağlarda gecə 11-16° isti, gündüz 17-22° isti olacaq.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…