Operativ Məlumat Mərkəzi

Sabah 41 dərəcə isti olacaq - 29.07.2025

1 dəq
Paylaş:
Sabah 41 dərəcə isti olacaq - 29.07.2025

İyulun 30-da açıqlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Mill Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 23-27° isti, gündüz 33-38° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 70-80 %, gündüz 40-45 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, çaxacağı, gecə və səhər isə duman olacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-27° isti, gündüz 35-40° isti, bəzi yerlərdə 41°-dək isti, dağlarda gecə 15-20° isti, gündüz 28-33 isti olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax