Operativ Məlumat Mərkəzi

Sabah 40 dərəcə isti olacaq - PROQNOZ - 05.06.2024

1 dəq
Paylaş:
Sabah 40 dərəcə isti olacaq - PROQNOZ - 05.06.2024

İyunun 6-da Azərbaycanda hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sabah Bakıda və yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub- gündüz mülayim cənub- küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-24° isti, gündüz 31-36° isti, bəzi yerlərdə 38° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-55 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 35-38° isti, bəzi yerlərdə 40° isti, dağlarda gecə 12-17° isti, gündüz 22-27° isti olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax