Operativ Məlumat Mərkəzi

Sabah 26 dərəcə isti olacaq - 06.10.2025

2 dəq
Paylaş:
Sabah 26 dərəcə isti olacaq - 06.10.2025

Sabah Azərbaycanda hava necə olacaq?

Oktyabrın 7-də gözlənilən açıqlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və yarımadasında hava necə olacaq?

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu , əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Şimal-qərb gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 16-18, gündüz 21-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu edəcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 50-55 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava necə olacaq?

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı, duman olacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-17, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax