Əsas məzmuna keç

Rusiyanın Tümen vilayətində daşqın təhlükəsi ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

Rusiyanın Tümen vilayətində daşqın təhlükəsi ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

ölkənin Orenburq vilayətində Ural çayında bəndin partlaması nəticəsində yaranan daşqınlardan bir çox rayonlar zərər çəkib. Rusiya Fövqəladə Hallar...

Rusiyanın vilayətinin qubernatoru Moor daşqın təhlükəsi ilə əlaqədar bölgədə fövqəladə vəziyyət elan edildiyini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ölkənin vilayətində Ural çayında bəndin partlaması nəticəsində yaranan daşqınlardan bir çox rayonlar zərər çəkib.

Fövqəladə Hallar Nazirliyinin verdiyi açıqlamaya görə, ölkənin 39 rayonunda 10 min 400-dən çox evi su basıb.

Kreml Sarayından verilən açıqlamaya görə, Rusiya prezidenti Vladimir fövqəladə hallar naziri Aleksandr Kurenkov, həmçinin Orenburq, Kurqan və Tümen vilayətlərinin qubernatorları ilə görüşüb və daşqınla bağlı məlumat alıb.

Putin Rusiya hökumətinə xüsusi komissiya yaratmağı tapşırıb.

Orenburq vilayətinin Orsk şəhərində aprelin 6-da axşam saatlarında Ural çayında bəndin partlaması nəticəsində 2400-dən çox evi su basıb.

Daşqın səbəbindən qapalı qalan minlərlə insanı xilas etmək üçün təxliyə işlərinə başlanılıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…