Əsas məzmuna keç

Rusiyada tutulan azərbaycanlı ölkəyə gətirildi

Rusiyada tutulan azərbaycanlı ölkəyə gətirildi

bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, Baş Prokurorluğun vəsatəti əsasında Rusiya Baş Prokurorluğu tərəfindən “Mülki, ailə və cinayət...

axtarışa verilmiş vətəndaşı Əkbər Xəlilov Tariyel oğlu Rusiyadan ölkəmizə ekstradisiya edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, Baş Prokurorluğun vəsatəti əsasında Baş Prokurorluğu tərəfindən “Mülki, ailə və cinayət işləri üzrə yardım və hüquqi münasibətlər haqqında” Konvensiyanın tələblərinə uyğun olaraq Ə.Xəlilovun ekstradisiyası haqqında qərar qəbul olunub.

Bakı şəhər Qaradağ Rayon Polis İdarəsində ibtidai istintaq edilən üzrə Ə.Xəlilovun öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə beynəlxalq axtarışa verilib.

Həmin şəxs Rusiya ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…