Operativ Məlumat Mərkəzi

Rusiya vətəndaşları barəsində həbs qətimkan tədbiri seçilib

1 dəq
Paylaş:
Rusiya vətəndaşları barəsində həbs qətimkan tədbiri seçilib

İrandan narkotik vasitələrin tranzitində və onlayn dövriyyəsində şübhəli bilinən Rusiya vətəndaşlarından ibarət iki mütəşəkkil cinayətkar dəstənin üzvləri barəsində həbs seçilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, saxlanılan şəxslər Səbail Rayon Məhkəməsinə gətirilib. Onlar vəkillərlə təmin edilib.

Məhkəmədə 8 nəfər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatlara ayrı-ayrılıqda baxılıb.

Məhkəmənin verdiyi qərara əsasən, onların hər biri barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, həmin şəxslər barəsində Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və digər maddələri ilə başlanılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax