Əsas məzmuna keç

Rusiya mədəniyyət nazirinin keçmiş müavini həbs edilib

Rusiya mədəniyyət nazirinin keçmiş müavini həbs edilib

məlumatı TASS yayıb. Bildirilib ki, Olqa Yarilova müavin işlədiyi dövrdə Moskvada “Puşkin xəritəsi” layihəsində iştirak edərək 200 milyon rubldan çox...

Rusiyanın Moskva şəhərinin rayon məhkəməsi ölkə nazirinin keçmiş müavini Olqa Yarilova barəsində 2 ay müddətinə həbs seçib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məlumatı TASS yayıb.

Bildirilib ki, Olqa Yarilova müavin işlədiyi dövrdə Moskvada “Puşkin xəritəsi” layihəsində iştirak edərək 200 milyon rubldan çox maliyyə vəsaitini ( təxminən 2 500 000 dollar) mənimsəməkdə ittiham olunur. Məlumata görə, ona qarşı dələduzluq maddəsi üzrə başlayıb.

Qeyd edək ki, Olqa Yarilova 2018-2022-ci illərdə mədəniyyət nazirinin müavini işləyib. 2022-ci ildə öz xahişi ilə tutduğu vəzifədən azad edilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…