Operativ Məlumat Mərkəzi

Robert Mobili: “COP29 Azərbaycan üçün möhtəşəm tədbirdir”

2 dəq
Paylaş:
Robert Mobili: “COP29 Azərbaycan üçün möhtəşəm tədbirdir”

BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) həm , həm də üçün ən böyük tədbirlərdən biridir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Alban-Udi xristian dini icmasının sədri Mobili COP29 tədbiri zamanı jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, COP29 dünyada keçirilən ən böyük tədbirlərdən biridir: “Burada iştirak edən qonaqların sayı da bunun göstəricisidir. Əlbəttə ki, bu tədbir “yaşıl dünya”nın qorunmasına istiqamətlənib. COP29-un əsas məqsədi insanların təbiətə ziyan vurmasının qarşısını almaqdır. İnsanlar təkcə ağac əkməli deyil, həm də təbiəti qorumalıdır. Burada həm geoloji, həm bioloji, həm də coğrafi amillər mühüm rol oynayır".

R.Mobili vurğulayıb ki, COP29 Azərbaycan üçün tədbirdir: “Buraya gələn qonaqlar Azərbaycan həqiqətləri ilə də tanış olurlar. Onlar həmçinin Qarabağa, işğaldan azad edilmiş ərazilərə baş çəkəcəklər. Həmin ərazilərdəki vəziyyətlə tanış olacaqlar. Bizim məqsədlərimizdən biri də budur. Azərbaycanın inkişafını, onun yaratdığı infrastrukturu hər bir qonaq görməlidir".

O qeyd edib ki, Ermənistanın işğalı dövründə Qarabağda islam irsi silinib: “Bundan başqa, həmin ərazilərdə alban, alban kilsəsi ilə bağlı izlər də yox edilib. Ermənistanın işğal dövründə " etdiyi" abidələr isə saxtalaşdırılıb. Azərbaycan bu kilsələrin, abidələrin hər birini bərpa edəcək".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: COP29

Hamısına bax