Operativ Məlumat Mərkəzi

Rəqsanənin həbsinin təfərrüatı məlum oldu

2 dəq
Paylaş:
Rəqsanənin həbsinin təfərrüatı məlum oldu

Rəqsanə İsmayılovanın həbsinin təfərrüatı məlum olub.

"Operativ Məlumat Mərkəzi-OMM" Milli.Az-a istinadən xəbər verir ki, o, vətəndaşların 35 000 manat dəyərində qızıl- əşyalarını və 520 000 ABŞ dolları məbləğində pulunu yolu ilə ələ keçirməkdə ittiham edilir.

Sayt bildirir ki, müğənni 2 il əvvəl Moskvada həbsdə olan azərbaycanlı iş adamını azadlığa buraxdıracağına vəd verərək dələduzluq əməlini törədib.

Həmin iş adamının yaxınlarının Rəqsanə İsmayılovaya 520 min dollar pul verdiyi deyilir.

Məlumata görə, müğənni bu pulla Rusiyada həbsə olan iş adamını azadlığa buraxdıracağına söz verib.

Lakin 2 il keçməsinə baxmayaraq həmin şəxs azadlığa buraxılmayıb.

Bildirilir ki, həmin şəxslərin şikayətindən sonra başlanıb və Rəqsanə İmsayılova həbs olunub.

Qeyd edək ki, Rəqsanəyə qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Bu maddənin sanksiya həddində 10 ildən 14 ilə kimi azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Amma dələduzluq cinayətində dəymiş ziyanın tam ödənilməsi və dövlət rüsumunun ödənilməsi vəziyyəti dəyişə bilər. Belə olan halda cinayət işinə bəraətverici olmadan xitam verilə bilər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax