Operativ Məlumat Mərkəzi

Rəhmon İlham Əliyevo təbrik edib

2 dəq
Paylaş:
Rəhmon İlham Əliyevo təbrik edib

Prezidenti Emoməli Rəhmon İlham Əliyevə ABŞ-də Ermənistanla imzalanan Birgə Bəyannamə münasibətilə təbrik edib.

"Report"un məlumatına görə, Tacikistan Prezidentinin məktubunda deyilir:

" Respublikası ilə iki ölkə arasında sülhə nail olunmasına yol açan Birgə Bəyannamənin imzalanması münasibətilə Sizi və dost xalqını səmimi-qəlbdən təbrik edirəm.

Bu tarixi hadisəni alqışlayır, böhranların və münaqişələrin həllində yeganə vasitə olan sülh dialoqunun əhəmiyyətini vurğulayırıq.

Əminik ki, əldə olunan razılaşmalar mehriban qonşuluq münasibətlərinin inkişafına zəruri əsas yaradacaq, eyni zamanda, Qafqazda sabitliyin və təhlükəsizliyin əsaslarının möhkəmlənməsinə və konstruktiv regionlararası əməkdaşlığın genişlənməsinə kömək edəcəkdir.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və dost Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax