Operativ Məlumat Mərkəzi

Rayonlarda yağış yağıb - FAKTİKİ HAVA

1 dəq
Paylaş:
Rayonlarda yağış yağıb - FAKTİKİ HAVA

İyunun 20-si axşam saatlarına olan məlumata əsasən, Daşkəsən, Gədəbəy, , Balakən, Şəki, Quba, Qusar, Yevlax, Tərtər, Yardımlı, Lənkəran və Astara rayonlarında çaxıb, arabir xarakterli intensiv yağış yağıb.

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, leysan yağışlar nəticəsində Göygöl rayonunun Sarısu kəndində Vegen çayından, Goranboy rayonu ərazisində Gorançay və Göl qəsəbəsindən sel keçib. Axşam saat 16:10 radələrində Göygöl rayonuna xırdadənəli, Şərura saat 17:55, 17:58 radələrində diametri 5 mm olan dolu düşüb.

Bakıda və yarımadasında şimal-qərb küləyinin maksimal sürəti 22 m/s-yə çatıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax