Operativ Məlumat Mərkəzi

Qubada ətraf mühitin çirkləndirilməsinə görə bələdiyyə sədri cərimələnib

2 dəq
Paylaş:
Qubada ətraf mühitin çirkləndirilməsinə görə bələdiyyə sədri cərimələnib

Qubada ətraf mühitin çirkləndirilməsinə görə bələdiyyə sədri cərimələnib.

DİN-in Xidmətinin Quba qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin İctimai Bölməsinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər zamanı rayonun Zərdabi qəsəbəsi ərazisində tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) tələblərini pozduğuna görə qəsəbənin bələdiyyə sədri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax