Operativ Məlumat Mərkəzi

Quba - Bakı yolunda AĞIR QƏZA - Partlayış təhlükəsi yarandı

2 dəq
Paylaş:
Quba - Bakı yolunda AĞIR QƏZA - Partlayış təhlükəsi yarandı

Bakı-Quba yolunun Siyəzən rayonundan keçən hissəsində yol- hadisəsi baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

şəraitinin qiymətləndirilməsi zamanı qoşqusunda 39 ton yanacağı olan DAF markalı yanacaqdaşıyan avtomobilin idarəetməni itirərək aşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verdiyi və yanacağın ətrafa dağılması ilə yanğın- təhlükəsinin yarandığı müəyyən olunub.

Hazırda yanğınsöndürənlər tərəfindən mümkün yanğın-partlayış təhlükəsinin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

***

Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunda yanacaq daşıyan yük avtomobili aşıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisə yolun Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza nəticəsində hazırda Bakı istiqamətində avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılıb, alternativ yoldan istifadə olunur.

Hadisə yerinə Dövlət və digər müvafiq qurumların əməkdaşları cəlb olunublar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax

AI Assistant

operativmm.az

Xəbərlər haqqında soruşun

Son 3 ayın xəbərləri

Nümunələr