Əsas məzmuna keç

Bakı-Qazax yolunda narkotik istifadəçisi olan sürücü saxlanılıb

Bakı-Qazax yolunda narkotik istifadəçisi olan sürücü saxlanılıb

Narkotik aludəçisi olan yük avtomobilinin sürücüsü postda saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Baş Dövlət İdarəsindən bildirilib.

Bərdə rayon sakini Rəşad “Ford” markalı yük avtomobili ilə Bakı-Qazax avtomagistralında hərəkətdə olarkən YPX Alayının stasionar postunda nəzarət qaydasında saxlanılıb. Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçməyə dəvət olunub. Müayinə zamanı narkotik vasitənin altında olduğu sübuta yetən R.Kərimov - barəsində müvafiq tədbirlər görülməklə ərazi orqanına təhvil verilib.

Baş Dövlət Yol Polisi İdarəsi narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…