Operativ Məlumat Mərkəzi

Qızılağac Milli Parkının ərazisində yanğınsöndürmə tədbirləri davam etdirilir - YENİLƏNİB

2 dəq
Paylaş:
Qızılağac Milli Parkının ərazisində yanğınsöndürmə tədbirləri davam etdirilir - YENİLƏNİB

Milli Parkının ərazisində sahədə intensiv yanğınsöndürmə tədbirləri davam etdirilir.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirib ki, ETSN-in yerli qurumlarının əməkdaşları, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və aviasiya dəstəsinin iki helikopteri hadisə ilə əlaqədar əraziyə cəlb olunub.

Xidmət rəisi yanğın hadisələrinin baş verməməsi, təbiət ərazilərinin zərər görməməsi üçün vətəndaşları ehtiyatlı və diqqətli olmağa, yanğın təhlükəsizliyi qaydalarına olduqca ciddi əməl etməyə, məsuliyyəti hiss edərək yanğına yaradan bütün hallardan çəkinməyə çağırıb.

18:18 ***

Qızılağac Milli Parkının ərazisində yanğın başlayıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə FHN xidmətindən bildirilib.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Neftçala rayonu, Qızılağac Milli Parkının ərazisində qamışlıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.

Hadisə ilə əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Aviasiya dəstəsinin iki helikopteri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax