Operativ Məlumat Mərkəzi

Qıraqkəsəmən məntəqəsində Kürün səviyyəsi 26 sm artıb

2 dəq
Paylaş:
Qıraqkəsəmən məntəqəsində Kürün səviyyəsi 26 sm artıb

Çaylarda müşahidə olunan vəziyyət açıqlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, avtomat hidroloji stansiyaların mayın 16-sı saat 9:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb.

Böyük ərazisindən axan Qarasuçayda 35 sm, Katexçayda 19 sm, Kiçik Qafqaz ərazisindən axan Zəyəmçayda 7 sm, Əsrikçayda 3 sm, -Zəngəzur bölgəsindən axan Bərgüşadçayda 9 sm, Tərtərçayda 2 sm, Lənkəran-Astara bölgəsindən axan Lənkərançayda 6 sm artım qeydə alınıb.

Transsərhəd çay olan Kür- məntəqəsində suyun səviyyəsi 26 sm artıb, su sərfi 763 m3/san olmaqla normanın 102%-ni, Qanıx-Cəlayir məntəqəsində isə suyun səviyyəsi 46 sm artıb, su sərfi 339 m3/san olmaqla normanın 167%-ni təşkil edir.

Yaxın günlərdə gözlənilən yağıntılar ilə əlaqədar çaylarda yüksək sululuğun davam edəcəyi, bəzi dağ çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax