Əsas məzmuna keç

Qeyri-sabit hava iyunun 3-ü gündüzədək davam edəcək

Qeyri-sabit hava iyunun 3-ü gündüzədək davam edəcək

"Ölkə ərazisində müşahidə olunan qeyri-sabit yağıntılı hava şəraiti iyunun 3-ü gündüzədək davam edəcək". Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli...

"Ölkə ərazisində müşahidə olunan qeyri-sabit yağıntılı iyunun 3-ü davam edəcək".

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətinin Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, bu gün və sabah gecə və səhər saatlarında yağıntılarda qısa müddətli fasilə olsa da, gündüz saatlarında arabir yağış yağacaq:

"Ayrı-ayrı yerlərdə isə yağıntıların leysan xarakterli olacağı, çaxacağı, dolu düşəcəyi ehtimal olunur. Qərb küləyi bəzi bölgələrdə arabir güclənəcək. Gözlənilən intensiv yağışlarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…