Operativ Məlumat Mərkəzi

Qeyri-leqal yollarla ölkəyə 72 kiloqram narkotik gətirməkdə təqsirləndirilən şəxslər həbs edilib

2 dəq
Paylaş:
Qeyri-leqal yollarla ölkəyə 72 kiloqram narkotik gətirməkdə təqsirləndirilən şəxslər həbs edilib

Külli miqdarda narkotikləri ölkəyə qeyri- yollarla gətirərək satışının təşkil etməkdə şəxslər həbs edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Sabunçu və Nizami rayonları ərazisində həyata keçirilən xüsusi tədbir nəticəsində narkoşəbəkənin əsas üzvləri - əvvəllər məhkum edilmiş 40 Alim Xəlilov və 33 yaşlı Əfqan Dünyamalıyev tutulublar. Onların üzərinə və avtomobilə baxış keçirilən zaman 72 tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, tiryək və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

Araşdırmalarla müəyyən edilib ki, A.Xəlilov və Ə.Dünyamalıyev narkotiklərin qanunsuz dövriyyəsini həyata keçirən şəbəkənin əsas üzvlərindən olublar. Həmin şəxslər ifadələrində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə ayrı-ayrı ünvanlara çatdırmaq üçün əldə etdiklərini bildiriblər. Faktla bağlı başlanılıb, onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Narkoşəbəkənin digər üzvlərinin də aşkarlanaraq cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində əməliyyatlar davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax