Operativ Məlumat Mərkəzi

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub - 11.03.2024

1 dəq
Paylaş:
Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub - 11.03.2024

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Sabunçu rayon prokurorluğu məlumat yayıb.

Məlumata əsasən, martın 9-u, saat 21 radələrində paytaxtın Sabunçu rayonunun qəsəbəsində 1998-ci il təvəllüdlü Səbuhi Əhmədlinin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bildirilib ki, araşdırmalarla 1985-ci il təvəllüdlü Əli Eybatovun şəxsi zəminində aralarında mübahisə zamanı Səbuhi Əhmədlini qəsdən öldürmələrinə əsaslı müəyyən edilib.

Qeyd olunub ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə başlanıb və Əli Eybatov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax