Əsas məzmuna keç

Qərbi Azərbaycan İcması bəyanat yaydı - 08.04.2025

Qərbi Azərbaycan İcması bəyanat yaydı - 08.04.2025

bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib. Qeyd olunub ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin bu il aprelin 6-sı Özbəkistanın...

Qərbi azərbaycanlıların hüququna dəstəyin əldə edilməsi istiqamətində növbəti mühüm uğur əldə edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İcmasının bəyanatında bildirilib.

Qeyd olunub ki, Qoşulmama Hərəkatının Şəbəkəsinin bu il aprelin 6-sı Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilmiş IV konfransında qəbul edilmiş Bəyannamədə Qərbi İcmasının öz yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdış səylərinə dəstək ifadə olunub:

“Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin bu qərarı bütövlükdə Qoşulmama Hərəkatının, o cümlədən, onun Parlament Şəbəkəsinin Bandunq Prinsiplərinə sadiqliyini və Qərbi Azərbaycana qayıdışın beynəlxalq sülh və ədalətə xidmət edən mövzu kimi qəbul edilməsini bir daha göstərir.

Qərbi Azərbaycan İcması sərgilədiyi ədalətli mövqeyə görə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə və Parlament Şəbəkəsinə sədrlik edən Azərbaycan Respublikasının Milli Məclisinə təşəkkür edir”.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…