Operativ Məlumat Mərkəzi

Qarmon ifaçısı Hüseyn Bakılı vəfat edib

1 dəq
Paylaş:
Qarmon ifaçısı Hüseyn Bakılı vəfat edib

Tanınmış , qarmon ifaçısı Bakılı (Hüseynəli ) 72 yaşında vəfat edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə teleaparıcı Hacı Nuran Hüseynov feysbuk hesabında yazıb.

"Bu gün qarmon ifaçılığında xidmətləri olan Hüseyn Bakılı vəfat edib. Bakını o qədər sevirdi ki, ləqəbində də onun adını daşıyırdı. Qarmonu qədər ona sadiq olan dostu yox idi. Düz 50 il dostluq etdi onlar. Onu həmişə sağlam, gümrah görmüşdüm. Elə doğmaları da, yaxınları da onun heç bir xəstəliyi barədə eşitməmişdilər. Ruhun şad olsun, gözəl insan", - paylaşımda deyilir.

Qeyd edək ki, Hüseyn Bakılı məşhur muğam ustası, xanəndə Hacıbaba Hüseynovun qardaşı oğludur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İncəsənət

Hamısına bax