Operativ Məlumat Mərkəzi

Qarlı havada 7 qəzada 9 nəfər yaralanıb

2 dəq
Paylaş:
Qarlı havada 7 qəzada 9 nəfər yaralanıb

Ötən gün ölkə ərazisində xəsarətlə nəticələnən 7 yol- hadisəsi qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Baş Dövlət İdarəsinin şöbə rəisi Rövşən məlumat yayıb.

R.Tağıyev bildirib ki, nəticədə 9 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, ölüm və ağır xəsarət halları baş verməyib.

İdarə rəsmisi deyib ki, son günlər müşahidə olunan qeyri-sabit , xüsusilə qarlı və buzlu yollar nəqliyyatın təhlükəsiz hərəkətinə təsir göstərir.

Bununla əlaqədar, yol polisi sürücülərə və piyadalara müraciət edərək diqqətli olmağa, qaydalarına ciddi riayət etməyə çağırır:

Sürücülərə tövsiyələr:

- Yol və hava şəraitinə uyğun hərəkət sürətini seçin;

- Qış təkərlərindən istifadə edin və nəqliyyat vasitənizi texniki cəhətdən saz vəziyyətdə saxlayın;

- Yol hərəkəti qaydalarına riayət edin və təhlükəli manevrlərdən çəkinin.

Piyadalara tövsiyələr:

- Yalnız müəyyən edilmiş piyada keçidlərindən istifadə edin;

- Görünməni artırmaq üçün qaranlıq saatlarda açıq rəngli və ya işıq əks etdirən geyimlər geyinin;

- Yollarda ehtiyatlı olun və nəqliyyat vasitələrinin hərəkətinə diqqət yetirin.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax