Operativ Məlumat Mərkəzi

Qaradağda sursat aşkarlanıb

1 dəq
Paylaş:
Qaradağda sursat aşkarlanıb

Bakı şəhərinin rayonu, Sahil qəsəbəsi ərazisində aşkarlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı edilmiş sursatın döyüş tətbiqinə yararlı 1 ədəd RQD-5 əl qumbarası və 1 ədəd UZRQM partladıcısı olduğu müəyyən edilib.

Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Multimedia

Hamısına bax