Əsas məzmuna keç

Qarabağda 936 yaşayış məntəqəsinin sayı gələcəkdə 316-ya endiriləcək

Qarabağda 936 yaşayış məntəqəsinin sayı gələcəkdə 316-ya endiriləcək

bu fikirləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc martın 15-də hökumətin hesabatının parlamentdə müzakirəsi zamanı deyib. Onun...

Hökumətin Böyük Qayıdış siyasəti işğaldan əvvəl Qarabağda 936 məntəqəsini gələcəkdə 316-ya endirməyi nəzərdə tutur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikirləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc martın 15-də hökumətin hesabatının parlamentdə müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, yaponlar və almanlar da oxşar yolla gediblər: "Lakin təkcə büdcə vəsaitlərilə Qarabağı tikmək qeyri-mümkündür. 2023-cü ilin 1 yanvarından 10 il müddətinə texnika və qurğular, xammal və materialların idxalı ƏDV-dən olunub. Bu müsbət addımdır".

"Eyni zamanda, emal sənayesi və xidmət infrastrukturunu yaratmaq, onu iqtisadi sistemə qoşmaq üçün azad torpaqlarda “sıfır vergi” siyasətini tətbiq etsək, daxili-xarici investisiyanın yolunu açarıq. Hökumət xüsusi qaydalar hazırlaya, azad torpaqlara qayıtmaq , köçkün olmayan vətəndaşlara edə, şərtlərlə bir kənddə 100 evi tikmək istəyən şirkətin planlarına icazə qarışılığında onların xərclərini qarşılaya bilər və dövlətin yükü paylaşılar", - komitə sədri bildirib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…