Operativ Məlumat Mərkəzi

Qarabağa səfər etmək istəyənlərin diqqətinə

2 dəq
Paylaş:
Qarabağa səfər etmək istəyənlərin diqqətinə

Rəqəmsal İnkişaf və Nazirliyinin tabeliyində fəaliyyət göstərən Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad ərazilərə təşkil etdiyi avtobus reyslərinə mart ayına olan biletlər fevralın 25-i saat 15:00-da satışa çıxarılacaq.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM-ə nazirlikdən bildirilib.

Sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə biletləri https://yolumuzqarabaga.az/ portalı vasitəsilə onlayn qaydada ala bilərlər. Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Bilet alındıqdan sonra başqa şəxsə ötürülməsi mümkün deyil.

Bildirilir ki, bilet sistemi müvafiq dövlət orqanlarının informasiya sistemləri ilə inteqrasiya edilib və sərnişinlərə biletlə birlikdə işğaldan azad olunmuş ərazilərə giriş icazəsi də verilir. Bu icazə yalnız bilet almış şəxs üçün keçərlidir.

İşğaldan azad olunmuş ərazilərə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax