Operativ Məlumat Mərkəzi

Qarabağ Universitetində doktorantura təhsil pilləsi yaradılıb

3 dəq
Paylaş:
Qarabağ Universitetində doktorantura təhsil pilləsi yaradılıb

Baş Nazir “Qarabağ Universitetinin yaradılması haqqında” Prezidentinin 2023-cü il 28 noyabr tarixli 4182 nömrəli Sərəncamının qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi, Azərbaycan SSR Nazirlər Sovetinin “Stepanakert şəhərində Pedaqoji İnstitutun yaradılması haqqında” 1973-cü il 28 noyabr tarixli 377 nömrəli və “Sovet Azərbaycanın 60-illiyi adına Stepanakert Pedaqoji İnstitutunun müvəqqəti bağlanılması haqqında” 1988-ci il 3 noyabr tarixli 393 nömrəli qərarlarının ləğv edilməsi barədə Qərar imzalayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, sənədə əsasən, “Qarabağ Universitetinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 noyabr tarixli 4182 nömrəli Sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 12, maddə 1117 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 23 fevral tarixli 97 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Doktoranturalar (adyunkturalar) yaradılan Azərbaycan Respublikasının müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nın “Azərbaycan Respublikasının Elm və üzrə” bölməsinə aşağıdakı məzmunda 18-1-ci hissə
əlavə edilsin:

18-1. Qarabağ Universiteti fəlsəfə doktoru üzrə -

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 7, maddə 745 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın “Ali təhsil müəssisələri” bölməsinə aşağıdakı məzmunda 21-ci hissə əlavə edilsin:

Qarabağ Universiteti

“Stepanakert şəhərində Pedaqoji İnstitutun yaradılması haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 1973-cü il 28 noyabr tarixli 377 nömrəli Qərarı ləğv edilsin.

“Sovet Azərbaycanın 60-illiyi adına Stepanakert Pedaqoji İnstitutunun müvəqqəti bağlanılması haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 1988-ci il 3 noyabr tarixli 393 nömrəli Qərarı ləğv edilsin.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax