Operativ Məlumat Mərkəzi

“Qarabağ” bu gün “Bayer 04”ü qəbul edəcək

1 dəq
Paylaş:
“Qarabağ” bu gün “Bayer 04”ü qəbul edəcək

UEFA Liqasının qrup mərhələsində bu gün IV turun oyunları keçiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, Azərbaycanın turnirdəki təmsilçisi “” növbəti matçına çıxacaq.

H qrupunda yer alan Ağdam təmsilçisi Almaniyanın “Bayer 04” klubu ilə üz-üzə gələcək. Qurban Qurbanovun yetirmələri ötən turda səfərdə 1:5 hesabı ilə məğlub olduqları Leverkuzen komandasını adına Respublika stadionunda qəbul edəcəklər.

Hazırda “Bayer” 9 xalla qrupa liderlik edir, “Qarabağ” isə 6 xalla ikinci pillədə qərarlaşıb.

Qrupun digər görüşündə “Hekken”lə (İsveç) “Molde” (Norveç) birincilərin meydanında üz-üzə gələcəklər.

UEFA Avropa Liqası
H qrupu, IV tur
9 noyabr

21:45. “Qarabağ” () – “Bayer 04” (Almaniya)
Baş hakim: Kreyq Pouson (İngiltərə)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax