Operativ Məlumat Mərkəzi

Qanunsuz erməni silahlıları Ağdam istiqamətində səngər qazmağa cəhd göstəriblər

1 dəq
Paylaş:
Qanunsuz erməni silahlıları Ağdam istiqamətində səngər qazmağa cəhd göstəriblər

Sentyabrın 16-sı saat 22:55-dən 23:45-dək sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazisindəki qeyri-qanuni silahlı dəstələri Ordumuzun rayonu istiqamətində mövqelərinin qarşısında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa cəhd göstəriblər.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Qarabağ

Hamısına bax