Əsas məzmuna keç

Putin Türkiyədə Ərdoğanla görüşəcək

Putin Türkiyədə Ərdoğanla görüşəcək

bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə müsahibəsində bildirib. Onun sözlərinə görə, Aşqabadda keçirilən görüş zamanı müzakirə...

Prezidenti Vladimir Putin Prezidenti Rəcəb Tayyib Ərdoğana Türkiyəyə səfər ilə bağlı söz verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib jurnalistlərə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Aşqabadda keçirilən görüş zamanı müzakirə olunan mövzulardan biri də növbəti görüşün Türkiyədə keçirilməsi olub.

Ərdoğan qeyd edib ki, Putinlə olduqca səmərəli, əhatəli və dərin məzmunlu bir görüş keçiriblər:

“Görüş zamanı ona hər zaman gözlədiyimi xüsusilə ifadə etdim. Bu səbəbdən də ən qısa zamanda yenidən bir araya gəlməyimizin vacibliyini müzakirə etdik. O isə "sözümü yerinə yetirəcəyəm" dedi”.

Türkiyə Prezidenti bu səfərin ən yaxın zamanda baş tutacağına ümid etdiyini bildirib:

“Bizim Rusiya ilə münasibətlərimiz gündəlik maraq hesabları üzərində qurulan deyil; dərin tarixi köklərə, güclü diplomatik zəminə və qarşılıqlı etimada əsaslanır”, – Ərdoğan əlavə edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…