Operativ Məlumat Mərkəzi

Prokurorluq Masallıda "Açıq qapı günü” təşkil edib

2 dəq
Paylaş:
Prokurorluq Masallıda "Açıq qapı günü” təşkil edib

Masallı rayon Prokurorluğunda iyulun 18-də növbəti “Açıq qapı günü” təşkil edilib.

Baş Prokurorluğun xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, Masallı rayon prokurorluğunun inzibati binasında tədbirdə məqsəd əməkdaşları üçün yaradılmış iş şəraiti, istifadədə olan texnika, habelə prokurorluğun tarixi keçmişi ilə media və qeyri-hökumət təşkilatlarının nümayəndələrini tanış etmək olub.

Qonaqlara prokurorluq orqanlarında aşkarlıq və şəffaflığın, vətəndaş məmnunluğunun təmin olunması, habelə ictimaiyyətlə əlaqələrin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər barədə danışılıb, habelə Respublikasının Prokurorluğunda müvafiq olaraq həyata keçirilmiş hüquqi-institusional islahatlarla bağlı iştirakçılara məlumat verilib.

Tədbir zamanı Masallı rayon prokuroru Vəli Mustafayev və Baş Prokurorluğun əməkdaşı Kənan Zeynalov qurumun fəaliyyəti barədə dinləyicilərə ətraflı danışıb.

İştirakçılar inzibati bina, eləcə də kriminalistik texnika ilə əyani olaraq tanış olub, onlara “Elektron prokurorluq” informasiya sistemi əyani olaraq nümayiş olunub.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax