Operativ Məlumat Mərkəzi

Prezident və Qurbanqulu Berdiməhəmmədov Şuşada Bülbülün ev-muzeyində olublar - FOTOLAR

2 dəq
Paylaş:
Prezident və Qurbanqulu Berdiməhəmmədov Şuşada Bülbülün ev-muzeyində olublar - FOTOLAR

Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Məsləhətinin sədri Qurbanqulu iyulun 17-də Şuşada Bülbülün ev-muzeyində olublar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Milli Məclisin deputatı Polad Bülbüloğlu qonağa görkəmli musiqiçinin bu evdə anadan olduğu və uşaqlıq illərini burada keçirdiyi barədə məlumat verib. Ümummilli Lider Heydər Əliyevin göstərişi ilə Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 1982-ci ildə qəbul etdiyi qərarla Bülbülün doğulduğu və yaşadığı ev onun ev-muzeyinə çevrilib. 1982-1983-cü illərdə təmir olunan binada muzey ekspozisiyası qurulub və önündə inzibati bina inşa edilib. Ev-muzeyi 1992-ci ildə Birinci müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq fəaliyyətini dayandırıb. Şuşanın azad olunmasından sonra digər tarixi-mədəni abidələrimiz kimi Bülbülün ev muzeyinin də bərpasına başlanılıb və 2021-ci ilin avqustunda bərpa işlərinin bitməsindən sonra muzeyin açılışı olub.

Ev-muzeyinin həyətində Bülbülün yeni büstü ucaldılıb. Şuşa şəhəri işğal altında olduğu dövrdə Bülbülün vandalizmə məruz qalmış büstü də erməni vəhşiliyini nümayiş etdirmək məqsədilə saxlanılıb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax