Operativ Məlumat Mərkəzi

Prezident Sos kəndində olub - FOTO

1 dəq
Paylaş:
Prezident Sos kəndində olub - FOTO

Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Xocavənd rayonunun Sos kəndində olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, dövlətimizin başçısına kənddə görülmüş işlər barədə məlumat verildi.

Qeyd edək ki, Sos kəndi 2023-cü ildə Silahlı Qüvvələrimizin həyata keçirdiyi antiterror əməliyyatı zamanı Azərbaycanın nəzarətinə keçib.

İndiyədək kənddə elektrik və qaz xətləri, subartezian quyuları bərpa olunub, 2 transformator quraşdırılıb, sayğaclaşma prosesinə başlanılıb, 3 su anbarı təmir edilib, təqribən 5 kilometr uzunluğunda təbii qaz xətti çəkilib.

Sos kəndində 259 mövcud fərdi 70-i yararsız, 189-u isə qismən yararlıdır. Hazırda 10 ev istismara hazırdır. İlin sonunadək daha 75 ev istismara hazır olacaq. 2026-cı ildə isə 104 evin bərpası nəzərdə tutulur.

İndiyədək 10 ailə (46 nəfər) qayıdıb.

İlham Əliyev kəndə köçmüş Hamlet Gülməmmədovun evində oldu.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax

AI Assistant

operativmm.az

Xəbərlər haqqında soruşun

Son 3 ayın xəbərləri

Nümunələr