Operativ Məlumat Mərkəzi

Prezident: Şimali Makedoniya ilə Azərbaycan arasında ikitərəfli əlaqələri daha da inkişaf etdirəcəyik

2 dəq
Paylaş:
Prezident: Şimali Makedoniya ilə Azərbaycan arasında ikitərəfli əlaqələri daha da inkişaf etdirəcəyik

Şimali Respublikasının Prezidenti Stevo Pendarovski Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri.

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Şimali Makedoniya Respublikasının vətəndaşları adından və öz adımdan Sizi ürəkdən təbrik etməkdən, ölkənizin firavanlığı üçün ən səmimi arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək əmin olduğumu bildirirəm ki, qarşıdakı dövrdə siyasi və iqtisadi müstəvidə münasibətlərin möhkəmləndirilməsi, habelə qarşılıqlı maraq doğuran bir sıra sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün Şimali Makedoniya Respublikası ilə Azərbaycan Respublikası arasında ikitərəfli əlaqələri daha da .

İcazə verin, yaxın gələcəkdə Sizinlə fikir mübadiləsi aparmaq üçün ikitərəfli görüşün keçirilməsində maraqlı olduğumu ifadə edim.

Zati-alinizə ən yüksək ehtiramımı çatdırır, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax