Əsas məzmuna keç

Prezident seçkilərində 78 milyondan çox ABŞ vətəndaşı erkən səs verib

Prezident seçkilərində 78 milyondan çox ABŞ vətəndaşı erkən səs verib

bu barədə Florida Dövlət Universitetinin dərc etdiyi məlumatda bildirilib. Hesabata görə, 42,6 milyondan çox insan seçkilərdə iştirak edib, təxminən 35,3...

78 milyondan çox ABŞ vətəndaşı noyabrın 5-də keçiriləcək seçkilərdən əvvəl erkən səsvermə fürsətindən istifadə edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Florida Dövlət Universitetinin dərc məlumatda bildirilib.

Hesabata görə, 42,6 milyondan çox insan seçkilərdə iştirak edib, 35,3 milyon insan isə poçt vasitəsilə səs verib.

ABŞ-da seçicilərin ümumi sayı təxminən 168 milyon nəfərdir. Ən yüksək səsvermə Texasda (8,9 milyon səs), Floridada (8,1 milyon), Kaliforniyada (7,6 milyon), Şimali Karolinada (4,4 milyon) və Corciyada (4 milyon) qeydə alınıb.

ABŞ-da növbəti ümumi seçkilər noyabrın 5-də keçiriləcək. Respublikaçı Tramp və demokrat Kamala Harris prezidentlik uğrunda mübarizə aparacaqlar.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…