Operativ Məlumat Mərkəzi

Prezident: "Qanunsuz erməni silahlı birləşmələrinin mövqelərdən çıxarılma prosesi başlamışdır"

1 dəq
Paylaş:
Prezident: "Qanunsuz erməni silahlı birləşmələrinin mövqelərdən çıxarılma prosesi başlamışdır"

"Artıq qanunsuz erməni silahlı birləşmələrinin mövqelərdən çıxarılma prosesi başlamışdır".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu İlham Əliyev xalqa müraciətində bildirib.

Dövlətimizin başçısı deyib ki, o cümlədən onlar bizim şərtimizi qəbul edərək silahların da təhvil verilməsinə başlamışlar. Sual olunur. Bu vəziyyətə gətirib çıxarmaq kimə xeyir gətirdi? Axı İkinci müharibəsindən dərhal sonra biz haqlı narahatlığımızı ifadə edərək dəfələrlə rəhbərliyinə, onların xaricdəki havadarlarına və digər tərəflərə dəfələrlə müraciət edərək ki, Ermənistan silahlı qüvvələrinin ərazisində qalması qanunsuzdur və buna son qoyulmalıdır. Biz deyirdik ki, qanunsuz xunta rejimi öz əski parçasından artıq olmayan dırnaqarası bayraqlarını büküb cibinə qoyub çıxmalıdır bizim torpağımızdan. Bu, bizim suveren hüququmuzdur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax