Operativ Məlumat Mərkəzi

Prezident monteneqrolu həmkarını təbrik etdi

2 dəq
Paylaş:
Prezident monteneqrolu həmkarını təbrik etdi

Respublikasının Prezidenti İlham Əliyev Prezidenti Yakov Milatoviçu bu ölkənin milli münasibətilə təbrik edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, təbrikdə deyilir:

"Monteneqronun milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Azərbaycan Monteneqro ilə münasibətlərinin inkişafına böyük önəm verir. Bu gün xoş ənənələr üzərində qurulmuş və konstruktiv ruhda edən dövlətlərarası əlaqələrimiz və məmnunluq doğurur.

Keçən ilin noyabrında COP29-da iştirak etmək üçün Sizin ölkəmizə səfəriniz Azərbaycan-Monteneqro əlaqələrinin inkişafı baxımından əhəmiyyət kəsb edir. Hazırda müxtəlif sahələrdə, xüsusilə də iqtisadiyyat, turizm, sərməyə qoyuluşu və digər istiqamətlər üzrə qarşılıqlı faydalı əməkdaşlığımızın əhatə dairəsinin genişləndirilməsi üçün yaxşı imkanlar mövcuddur.

Əminəm ki, xalqlarımızın iradəsinə uyğun olaraq birgə səylərimizlə ölkələrimiz arasında dostluq münasibətləri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız bundan sonra da dinamik inkişaf edəcək və daha da dərinləşəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monteneqro xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax