Operativ Məlumat Mərkəzi

Prezident: İsraildə Azərbaycan səfirliyinin açılması əlaqələri yüksək səviyyəyə qaldıracaq

2 dəq
Paylaş:
Prezident: İsraildə Azərbaycan səfirliyinin açılması əlaqələri yüksək səviyyəyə qaldıracaq

Bu il İsraildə səfirliyinin açılması əlbəttə ki, əlaqələri yüksək səviyyəyə qaldıracaq, eyni zamanda, daha yaxın qarşılıqlı fəaliyyət üçün daha çox fürsətlər yaradacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla mətbuata bəyanatlarla çıxış zamanı deyib.

qeyd edib ki, Azərbaycanla İsrail arasında dövriyyəsi 1,7 milyard ABŞ dollarından çoxdur və bu, diqqətçəkən miqdardır.

“Amma mən düşünürəm ki, qarşıdakı illərdə ticarət dövriyyəmizi şaxələndirməli olacağıq. ki, planlaşdırdığımız və həyata keçirdiyimiz birgə layihələrimiz nəticəsində bizim daha balanslı ticarət dövriyyəmiz olacaq və bu sadəcə enerji faktorundan asılı olmayacaq, baxmayaraq ki, Azərbaycan İsrail üçün illərdir ki, etibarlı xam neft tədarükçüsü olmağa davam edir və bu enerji sahəsində yaxın əməkdaşlığı nümayiş etdirir”, - İlham Əliyev vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax