Operativ Məlumat Mərkəzi

Prezident İlham Əliyev Qətər Əmirinə məktub ünvanlayıb

2 dəq
Paylaş:
Prezident İlham Əliyev Qətər Əmirinə məktub ünvanlayıb

İlham Əliyev Qətər Dövlətinin Şeyx Təmim bin Həməd Al Taniyə məktub ünvanlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məktubda deyilir:

"Əlahəzrət,

Qətər Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda xalqınıza öz adımdan və xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Ortaq dini-mədəni dəyərlərə, qardaşlığa, İslam həmrəyliyinə əsaslanan Azərbaycan-Qətər münasibətlərinin səviyyəsi bizi sevindirir.

Əminəm ki, qarşılıqlı etimad və dəstək üzərində qurulmuş dövlətlərarası münasibətlərimizi möhkəmləndirmək, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı maraq doğuran əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, qardaş Qətər xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax