Operativ Məlumat Mərkəzi

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında Laçının inkişafından danışıb

2 dəq
Paylaş:
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında Laçının inkişafından danışıb

İlham Əliyev MDB Dövlət Başçıları Şurasının tərkibdə keçirilən iclasında sahədə əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə toxunub və Laçının inkişafından danışıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, dövlətimizin başçısı qeyd edib: “Bugünkü iclasda humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə toxunmaq istərdim. Azərbaycanın Zəngəzur bölgəsinin Laçın şəhərinin bu il MDB-nin paytaxtı kimi namizədliyini dəstəklədiyinə görə MDB dövlət başçılarına təşəkkürümü bildirirəm”.

Bu ilin iyununda Laçında “MDB-nin mədəniyyət paytaxtı ili”nin açılış mərasiminin keçirildiyini vurğulayan Prezident İlham Əliyev deyib ki, tədbir gedişində Azərbaycanın bu qədim torpağının tarixi, mədəni irsi haqqında məlumat verilib. Dövlətimizin başçısı əlavə edib: “Tədbirin qonaqları Ermənistanın 30 illik işğalından azad ediləndən sonra Laçının sürətli dirçəlişinin əyani şəkildə şahidi oldular”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax