Operativ Məlumat Mərkəzi

Prezident: Belə ağır coğrafi məkanda bu tarixi Qələbəni qazanmağın misli-bərabəri yoxdur

2 dəq
Paylaş:
Prezident: Belə ağır coğrafi məkanda bu tarixi Qələbəni qazanmağın misli-bərabəri yoxdur

Əlbəttə, həlak olan hər bir insan əvəzolunmazdır. Ancaq İkinci müharibəsində əməliyyatlar elə planlaşdırılırdı ki, itkiləri minimuma endirək və buna da nail olduq. Biz hər zaman onlara (şəhidlərimizə - red.) borclu olmalıyıq. Gənc nəsil də daim bu ruhda tərbiyə almalıdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikirləri İlham Əliyev oktyabrın 17-də “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə səsləndirib.

“Onların (şəhidlərin – red.) qəhrəmanlığı unudulmazdır, belə ağır məkanda bu Qələbəni qazanmağın misli-bərabəri yoxdur”, - deyən dövlətimizin başçısı xatırladıb ki, düşmən bütün yüksəklikləri götürmüşdü. Buradan istənilən istiqamətə getsən görərsən ki, hər təpədə demək olar ki, onların postları, döyüş məntəqələri, bir neçə müdafiə xətti, tikanlı məftil və minalar, bunu yarmaq, atəş altında qabağa getmək nə qədər böyük cəsarət tələb edir. Bu, bəlkə də dünya hərb tarixində olmayıb. Olubsa, qoy, bizə desinlər harada olub. Olmayıb, bunu xalqı göstərmişdir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax