Operativ Məlumat Mərkəzi

Prezident Administrasiyasının rəhbəri Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi ilə görüşüb

2 dəq
Paylaş:
Prezident Administrasiyasının rəhbəri Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi ilə görüşüb

İyunun 1-də Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyev ölkəmizdə səfərdə olan Böyük Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında dostluq və çoxşaxəli tərəfdaşlığa söykənən ikitərəfli münasibətlərin davamlı şəkildə uğurla inkişaf etdiyi bildirilib. Neft-qaz, yaşıl enerjiyə keçid, ticarət, , təhsil və digər sahələrdə əhəmiyyətli nailiyyətlərin əldə olunduğu vurğulanıb.

İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunan ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərinin fəal şəkildə davam etdirildiyi, çox qısa vaxt ərzində və daxili maliyyə imkanları hesabına böyük nəticələrin əldə olunduğu diqqətə çatdırılıb.

Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında həyata keçirilən bərpa və yenidənqurma işlərində, xüsusilə şəhərsalma və minatəmizləmə fəaliyyətlərində Böyük Britaniya şirkətləri ilə səmərəli edildiyi qeyd olunub.

Azərbaycan və Böyük Britaniya arasında dostluq əlaqələrinin daha da gücləndiriləcəyinə, ikitərəfli gündəliyin bütün sahələrində yeni nailiyyətlərin əldə olunacağına dair əminlik ifadə edilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax